Xəzər Xəbər

Qondarma erməni soyqırımının tanınması Ermənistan üçün prioritet deyil

Dünya | 11:34 • 31 Oktyabr 2024
Qondarma erməni soyqırımının tanınması Ermənistan üçün prioritet deyil

Qondarma erməni soyqırımının beynəlxalq səviyyədə tanınması məsələsi Ermənistan Xarici İşlər Nazirliyinin prioritet məsələləri siyahısına daxil deyil.

Xezerxeber.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu nazir Ararat Mirzoyan parlamentdə 2025-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı deyib.

"Bu, bizim üçün prioritet məsələ deyil", - o bildirib.

A.Mirzoyanın sözlərinə görə, prioritet məsələlərin siyahısına Bakı ilə münasibətlərin nizamlanması və sülh sazişinin imzalanması, delimitasiya və kommunikasiyaların açılması daxildir.

Xəbər lenti

Çox oxunanlar