Xəzər Xəbər

İstanbulda bələdiyyə sədri həbs olunub

Dünya | 08:53 • 31 Oktyabr 2024
İstanbulda bələdiyyə sədri həbs olunub

Oktyabrın 30-da PKK/KCK terror təşkilatı ilə əlaqədə olmaq şübhəsi ilə saxlanılan İstanbulun Esenyurt Bələdiyyəsinin sədri Ahmet Özer həbs edilib.

Xezerxeber.az xəbər verir ki, prokurorluqdakı ifadəsinin ardından “PKK/KCK silahlı terror təşkilatı üzvü olmaq” ittihamı ilə məhkəməyə çıxarılan Özerin həbsinə qərar verilib.

Xatırladaq ki, bu il Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərdə CHP-dən Esenyurt üzrə bələdiyyə sədrliyinə namizəd olaraq irəli sürülən Ahmet Özer səsvermədə 49 faizlə birinci olub. Bələdiyyə sədri ilə bağlı bir sıra şübhələr əsasında başladılan araşdırma nəticəsində onun təxminən 10 il ərzində PKK/KCK terror təşkilatına üzvlüyü səbəbindən hüquqi prosesə cəlb olunan 694 fərqli şəxs, eləcə də terror təşkilatının rəhbərlərindən olan və qırmızı bülletenlə axtarılan Remzi Kartal ilə 14 dəfə görüşdüyü müəyyən edilib.

Çox oxunanlar