Xəzər Xəbər

Ərdoğandan Öcalanın parlamentdə PKK-nın buraxılmasını elan etməsinə dair təklifinə MÜNASİBƏT

Dünya | 14:15 • 30 Oktyabr 2024
Ərdoğandan Öcalanın parlamentdə PKK-nın buraxılmasını elan etməsinə dair təklifinə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalının PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın parlamentə gələrək PKK-nın buraxılmasını elan etməsinə dair təklifinə münasibət bildirib.

Xezerxeber.az xəbər verir ki, partiyasının iclasında çıxış edən Türkiyə dövlət başçısı Dövlət Bağçalının təklifini dəstəkləyib.

“Dövlət bəy cəsarətli çıxışları ilə daima tarixə istiqamət verən bir liderdir”, - Ərdoğan qeyd edib.

Türkiyə Prezidentinin sözlərinə görə, Cümhuriyyət hər hansı bir şəxsin, zümrənin, kütlənin, məzhəbin, etnik qrupun cümhuriyyəti deyil: “Bu cümhuriyyət türkün də, əlbəttə ki, kürdün də cümhuriyyətidir”.

Qeyd edək ki, Abdullah Öcalan 1999-cu ildə həbs edilib və terrorçuluq fəaliyyətinə görə ölüm cəzasına məhkum edilib. Bu hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz olunub. Öcalan həbs cəzasını İmralı adasında təkadamlıq kamerada çəkir.

Xəbər lenti

Çox oxunanlar