Xəzər Xəbər

İran gələn il hərbi xərclərini 200 faiz artıracaq

Dünya | 14:49 • 29 Oktyabr 2024
İran gələn il hərbi xərclərini 200 faiz artıracaq

İran hökuməti gələn ilin büdcə layihəsində hərbi xərclərini 200 faiz artırmağı planlaşdırıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani mətbuat konfransında deyib.

“Ölkənin bütün xərclərini ödəməli olan büdcə layihəsində müdafiə ehtiyaclarına xüsusi diqqət yetirilib. Bununla bağlı hərbi büdcəni 200 faiz artırmağı planlaşdırırıq”, - deyə Fatimə Mohacerani bildirib. O, ordunun qüdrətini qorumaq üçün müdafiə sənayesinin ehtiyaclarının prioritet olduğunu vurğulayıb.

Qeyd edək ki, İran parlamenti cari ilin büdcəsində hərbi xərclər üçün 1,8 milyard avro vəsait ayırmışdı.

Xəbər lenti

Çox oxunanlar