Xəzər Xəbər

Orban: Gürcüstanda azad və demokratik seçkilər keçirilib

Dünya | 13:00 • 29 Oktyabr 2024
Orban: Gürcüstanda azad və demokratik seçkilər keçirilib

Liberallar qalib gələndə Brüsseldə seçkilərin demokratik keçirildiyi deyilir, mühafizəkarlar qalib gəldikdə isə demokratiyanın olmadığı deyilir, bunu ciddi qəbul etməməlisiniz, bu adi bir hekayədir.

Xezerxeber.az xəbər verir ki, bunu Tbilisidə səfərdə olan Macarıstanın Baş naziri Viktor Orban həmkarı İrakli Kobaxidze ilə görüşdən sonra mətbuata birgə açıqlamasında deyib. 

O, oxşar vəziyyətin Macarıstanda da baş verdiyini, bu məsələyə ciddi yanaşmağa ehtiyac olmadığını vurğulayıb.

“Seçkilərin nəticələri danılmazdır, azad və demokratik seçkilər keçirilib”, - Orban qeyd edib.

O hesab edir ki, Gürcüstanda parlament seçkilərinin demokratik keçdiyini heç kim inkar edə bilməz.

Xəbər lenti

Çox oxunanlar