Xəzər Xəbər

İsveç Ukraynaya 63 milyon avroluq yardım ayıracaq

Dünya | 13:14 • 29 Oktyabr 2024
İsveç Ukraynaya 63 milyon avroluq yardım ayıracaq

İsveç hökuməti Ukraynanın müdafiə sənayesini və silahlı qüvvələrin ehtiyaclarını dəstəkləmək üçün Kiyevə 63 milyon avro həcmində yardım ayıracaq.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsveç Müdafiə Nazirliyinin mətbuat üçün açıqlamasında bildirilir.

Nazirliyin məlumatına görə, həmin vəsaitin 20 milyon dolları Ukraynanın müdafiə sənayesinə, 43 milyon dolları isə ölkənin silahlı qüvvələrinə dəstək olaraq təqdim ediləcək. Qeyd olunur ki, nəzərdə tutulan yardım Ukrayna və Avropanın müdafiə müəssisələri arasında əməkdaşlığın genişlənməsi, birbaşa döyüş meydanında sınaqdan keçirilmiş innovativ həllərin birgə işlənib-hazırlanması, eləcə də Ukraynanın istehsal imkanlarının artırılması və müdafiə vasitələrinə texniki qulluq üçün əlavə imkanlar açacaq.

Yardım paketi, həmçinin Ukraynada F-16 qırıcıları üçün hava raketlərinin alınmasını, dəniz piyadalarının təlimini, minalardan təmizləmə avadanlığı və rabitə vasitələrinin tədarükünü ehtiva edir.

Xəbər lenti

Çox oxunanlar