Gürcüstan Mərkəzi Seçki Komissiyası oktyabrın 26-da keçirilən parlament seçkilərinin ilkin nəticələrini açıqlayıb.
Xezerxeber.az xəbər verir ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, 3111 seçki məntəqəsindən 3109-nun (99 936 faiz) protokolları nəzərdən keçirilib. Qalan iki məntəqədən birinin nəticələri ləğv olunub, digərinin protokolları isə hələlik MSK-ya təqdim edilməyib.
Məlumata görə, “Gürcü arzusu – Demokratik Gürcüstan” Partiyası 53,93 faiz səs (1 milyon 118 min 796 səs) toplayıb. İkinci yerdə 11,03 faiz səslə (228 821 səs) “Dəyişiklik Koalisiyası - Qvaramiya, Melia, Girçi, Droa” qərarlaşıb. “Birlik – Milli hərəkat” 10,16 faizlə (210 787 səs) üçüncü,
"Güclü Gürcüstan - Lelo, Xalq üçün, Azadlıq naminə” 8,81 faizlə (182 839 səs) dördüncü, “Gürcüstan naminə Qaxariya” Partiyası isə 7,77 faizlə (161,215 səs) beşinci yerdə qərarlaşıb.