Oktyabrın 27-də Özbəkistanda Ali Məclisin (parlamentin) Qanunvericilik Palatasına və yerli şuralara seçkilər keçirilir.
Xezerxeber.az-ın məlumatına görə, Mərkəzi Seçki Komissiyası saat 15:00-dək səsvermədə seçicilərin 62,7 faizinin iştirak etdiyini bildirib.
Mərkəzi Seçki Komissiyası seçkilərin keçirilməsi üçün 10 min 717 seçki məntəqəsi təşkil edib, onlardan 57-si dünyanın 40 ölkəsində yerləşir. Seçki Məcəlləsinə əsasən, seçki günü və səsvermə başlamazdan bir gün əvvəl təşviqat qadağandır.
Seçkilərin gedişini 65 min yerli və MDB, ŞƏT, Türk Dövlətləri Təşkilatı və ATƏT/DTİHB də daxil olmaqla, 20-dən çox təşkilatı təmsil edən 850-dən çox beynəlxalq müşahidəçi izləyir.
İlkin nəticələrin oktyabrın 28-də açıqlanması gözlənilir.