Türkiyə Silahlı Qüvvələri Suriyanın şimalında PKK/YPG-nin 15 yaraqlısını zərərsizləşdirib.
Xezerxeber.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti sosial şəbəkədə məlumat yayıb.
“Türkiyə Silahlı Qüvvələri “Fərat Qalxanı” və “Barış Pınarı” (əməliyyatları) bölgələrində təsbit etdiyi 15 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, – məlumatda diqqətə çatdırılıb.
Vurğulanıb ki, “ən son terrorçu zərərsizləşdirilənədək əməliyyatlar davam etdiriləcək”.