Rusiyanın Kirov vilayətində Mi-2 təcili tibbi yardım helikopterinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub.
Xezerxeber.az xəbər verir ki, təyyarə qəzası Kirov vilayətinin Darovski rayonunun Beleyenki kəndi yaxınlığında baş verib. Təyyarədə 1 pilot və 3 həkim olmaqla 4 nəfər olub. Onların hamısı həlak olub.