Gürcüstanda keçirilən parlament seçkiləri ilə əlaqədar "İmedi" televiziya kanalının sifarişi ilə "Qorbi" şirkəti “exit-poll” keçirib.
Xezerxeber.az xəbər verir ki, sorğunun ilkin nəticələrinə görə yalnız 4 partiya 5 faizlik baryeri keçə bilib.
Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası 56,1 faiz səs toplayıb.
“Dəyişiklik üçün Koalisiya” – 12,6 faiz,
“Milli Hərəkatla Birlik” – 11,6 faiz,
“Güclü Gürcüstan” – 7,0 faiz
“Gürcüstan üçün xoşbəxtəm” – 4,8 faiz səs toplayıb.