Xəzər Xəbər

İranın bəzi məkanlarına zərər dəyib

Dünya | 11:26
İranın bəzi məkanlarına zərər dəyib

İsrailin hücumları nəticəsində İranın bəzi məkanlarına məhdud zərər dəyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İranın Havadan Müdafiə Qərargahının ictimaiyyətlə əlaqədar şöbəsi məlumat yayıb.

Məlumata görə, hazırda dəyən zərər araşdırılmaqdadır.

İranın Havadan Müdafiə Qərargahı bildirir ki, İsrailin İranın Tehran, Xuzistan və İlam vilayətlərində hərbi obyektlərə olunan hücumuna Havadan Müdafiə Sistemi vasitəsi ilə reaksiya verilib.

İranın Havadan Müdafiə Qərargahı hücumla əlaqədar əlavə məlumatın veriləcəyini bildirib.

Qeyd edək ki, ötən gecə İsrail İranın hərbi obyektlərinə  zərbələr endirdiyini açıqlayıb.

Xəbər lenti

Çox oxunanlar