İsrail özünümüdafiə məqsədi ilə və Tehranın 1 oktyabr hücumuna cavab olaraq İrandakı hərbi obyektləri vurub.
Xezerxeber.az CNN-ə istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savett bildirib.
“İsrail oktyabrın 1-də İranın İsrailə ballistik raket hücumuna cavab olaraq müdafiə məqsədi ilə İrandakı hərbi obyektlərə dəqiq zərbələr endirir”, - Savett vurğulayıb.