Xəzər Xəbər

İsrail İranın hərbi obyektlərinə zərbələr endirib

Dünya | 09:18
İsrail İranın hərbi obyektlərinə zərbələr endirib

İsrail hərbçiləri İranın paytaxtı Tehranda hərbi obyektlərə zərbələr endirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri İranın raket istehsalı müəssisələrinə zərbələr endirib. İsrailin İrana hücumu nüvə və neft obyektləri ilə deyil, hərbi hədəflərlə məhdudlaşıb.

Hücumun başa çatdığı və təyyarələrin sağ-salamat İsrailə qayıtdığı qeyd edilir.

İran tərəfinin açıqlamasında isı Tehran və onun ətrafında baş verən hər hansı insidentlə bağlı müraciətlərin olmadığı bildirilib.

Xəbər lenti

Çox oxunanlar