Xəzər Xəbər

Çində uşaq alveri ilə məşğul olan qadın ölüm cəzasına məhkum edilib

Dünya | 16:13 • 25 Oktyabr 2024
Çində uşaq alveri ilə məşğul olan qadın ölüm cəzasına məhkum edilib

Çində uşaq oğurlayaraq onları satmaqda ittiham edilən qadın ölüm cəzasına məhkum olunub.

Xezerxeber.az xəbər verir ki, CCTV telekanalının məlumatına görə, Quyçjou əyalətinin Quyyan şəhər məhkəməsi müttəhimi 1993-2003-cü illər arasında daha iki cinayətkarla birlikdə ümumilikdə 17 uşağı oğurlayaraq satmaqda təqsirkar bilib.

Ötən il on bir uşağı qaçırdığı üçün ölüm cəzasına məhkum edilən qadın daha altı uşağı qaçırdığını etiraf edib.

Qeyd edək ki, Çində uşaq oğurluğuna qarşı sərt tədbirlər həyata keçirilir. Buna baxmayaraq ölüm hökmünün tətbiqi beynəlxalq müzakirələrə səbəb olur.

Xəbər lenti