Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 26-da keçiriləcək parlament seçkilərinin yekun nəticələrini noyabrın 21-də açıqlayacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb. Bildirilir ki, MSK seçkilərdən ən geci 26 gün sonra dairə və məntəqə komissiyalarının protokolları və məhkəmənin yekun qərarları əsasında özünün yekun protokolunu dərc edəcək. Seçkilərin yekunu elan olunduqdan iki gün sonra MSK seçilmiş deputatları qeydiyyata alacaq və onlara müvəqqəti vəsiqə verəcək.