Xəzər Xəbər

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları gücləndirə bilər

Dünya | 13:00 • 25 Oktyabr 2024
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları gücləndirə bilər

ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasının namizədi Donald Trampın qalib gələcəyi təqdirdə Avropa İttifaqı Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi imkanını nəzərdən keçirir.

Xezerxeber.az xəbər verir ki, “Reuters” agentliyi bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Avropa rəsmiləri əmin olmaq istəyir ki, Vaşinqton yeni administrasiyanın gəlişi ilə siyasi kursunu dəyişmək qərarına gəlsə də, Brüsselin Rusiyaya qarşı sanksiyaları uzun müddət qüvvədə qalacaq. Müzakirə olunan tədbirlər Rusiya aktivlərinin dondurulmasına və sanksiyalardan yayınmaya hallarına nəzarətə təsir edə bilər.

Avropa İttifaqı, həmçinin Rusiya neftini daşıyan daha 45 gəmini qara siyahıya salmaq və bu ölkədən maye qaz idxalına məhdudiyyətlər qoymaq niyyətindədir.

Xəbər lenti