Xəzər Xəbər

Türkiyədə terror aktı törədənlərin birinin adı açıqlanıb

Dünya | 14:09
Türkiyədə terror aktı törədənlərin birinin adı açıqlanıb

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya oktyabrın 23-də Ankarada TUSAŞ müdafiə sənayesi zavoduna hücumda iştirak edən iki terrorçudan birinin adını açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, nazirin sosial şəbəkələrdə yazdığına görə, PKK terror təşkilatının üzvü, “Rojger” ləqəbli Ali Örek terror aktında iştirak edib. İkinci iştirakçı olan qadının şəxsiyyəti müəyyənləşdirilir.

“Terror hücumları bizi qarşıya qoyduğumuz məqsədlərdən vaz keçməyə məcbur etməyəcək”, – deyən Yerlikaya terror aktı qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verib, həmçinin yaralılara şəfa diləyib.

Bundan əvvəl terror aktı nəticəsində 5 nəfərin öldüyü barədə məlumat verilib.

Bu arada, Türkiyə Səhiyyə Nazirliyi paytaxtda törədilən terror aktı nəticəsində yaralanan 22 nəfərdən 8-nin müalicədən sonra xəstəxanalardan buraxıldığını bildirib.

Xəbər lenti

Çox oxunanlar