HƏMAS Yəhya Sinvarın ölümündən sonra hələ də yeni lider seçməyib.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə HƏMAS Siyasi Bürosunun sədr müavini Musa Əbu Mərzuk bildirib.
O əlavə edib ki, Siyasi Büronun yeni rəhbəri təyin olunandan sonra hərəkat onun adını açıqlayacaq.
Musa Əbu Mərzuk, həmçinin bildirib ki, İsrail HƏMAS-ı Qəzza zolağından çıxara bilməyəcək: “HƏMAS liderlərini öldürdükdə belə, onların yerini başqaları tutur”.
Xatırladaq ki, İsrail ordusu oktyabrın 17-də HƏMAS Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın öldürüldüyünü elan edib. Hərəkat ertəsi gün liderinin ölümünü təsdiqləyib.