Xəzər Xəbər

Türkiyədəki terrorun yeni təfərrüatı ortaya çıxıb

Dünya | 12:58
Türkiyədəki terrorun yeni təfərrüatı ortaya çıxıb

Ötən gün Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətinə (TUSAŞ) silahlı hücum həyata keçirən şəxslərin terror aktını törətməzdən əvvəl müşahidə kameraları tərəfindən qeydə alınmış yeni görüntüləri yayılıb.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, terrorçular hücumdan əvvəl Ankara küçələrində qol-qola gəziblər, özlərini sevgililər kimi göstəriblər.

Daha sonra onlar hadisə yerinə yollanmaq üçün taksiyə əyləşiblər.

Sürücü onları sifariş etdikləri istiqamətə aparıb, lakin insanların az olduğu küçələrdən birində cütlük siqaret çəkmək adı ilə sürücüdən dayanmağı xahiş ediblər. Bu zaman avtomobildən düşən qadın çantasından tapança çıxararaq sürücüyə arxadan atəş açıb.

Ardınca qadının cinayət şəriki olan oğlan mərhumun cəsədini baqaja qoyub və özü sükan arxasına keçib. Bundan sonra üçüncü terrorçu ilə əlaqə saxlayan cütlük onu təyin olunmuş yerdən götürərək terror aktının törədildiyi ünvana yollanıblar.

Qeyd edək ki, dünən Ankarada TUSAŞ-ın Kahramankazan rayonundakı müəssisələrinə terror hücumu təşkil edilib. Hücum nəticəsində beş nəfər həlak olub, 22 nəfər yaralanıb.

Xəbər lenti

Çox oxunanlar