Rusiya Federasiyası ilə Şimali Koreya (KXDR) arasında saziş üçüncü ölkələrə qarşı yönəlməyib.
Xezerxeber.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
Onun sözlərinə görə, Rusiya Federasiyası ilə KXDR arasında hərtərəfli strateji tərəfdaşlıq haqqında saziş ABŞ-nin Asiya-Sakit okean regionunda mövcudluğunun artırılması kontekstində imzalanıb.
Rudenko hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişdə heç bir gizli bəndin olmadığını söyləyib.
O bildirib ki, Şimali Koreya qoşunlarının Ukraynada olması təsdiqlənəcəyi təqdirdə ABŞ Konqresindən hərbi cavab çağırışları Koreya yarımadasında gərginliyi artıracaq.
Nazir müavini qeyd edib ki, Pxenyan Rusiya ilə KXDR arasında Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Müqavilənin ratifikasiyasını gecikdirməyəcək.