Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) ötən gün Ankarada törədilən terror altına cavab olaraq PKK qruplaşmasının mövqelərinə ağır zərbələr endirib.
Xezerxeber.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Suriya və İraqın şimalında PKK/YPG terror təşkilatına aid bir strateji nöqtələr hədəfə alınıb.
Terrorçulara məxsus hərbi, kəşfiyyat, enerji/infrastruktur obyektləri, logistika və sursat anbarları kimi bir çox hədəflər pilotsuz uçuş aparatları (PUA) və digər vasitələrlə məhv edilib.
“Milli Kəşfiyyat Təşkilatı hədəfə çatana qədər PKK/YPG terror təşkilatına qarşı əməliyyatlarını fasiləsiz davam etdirəcək”, - açıqlamada deyilir.
Qeyd edək ki, ötən gün Türkiyənin paytaxtı Ankara şəhərində TUSAŞ şirkətinə məxsus obyektdə terror aktı törədilib. Hücum zamanı 5 nəfər həyatını itirib, 22 nəfər yaralanıb.