Xəzər Xəbər

Şalva Papuaşvili: Gürcüstanda dövlət çevrilişinə hazırlıqlar davam edir

Dünya | 14:52
Şalva Papuaşvili: Gürcüstanda dövlət çevrilişinə hazırlıqlar davam edir

Gürcüstanda dövlət çevrilişinə hazırlıqlar davam edir. Son proseslərin təhlili və araşdırmalar bunu deməyə əsas verir.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının mərkəzi qərargahında keçirdiyi brifinqdə deyib.

“Bəzi analizlər və müşahidələr göstərir ki, xaricdən maliyyələşən qüvvələrin xarici donorların köməyi ilə qeyri-konstitusion hökumət dəyişikliyinə hazırlıqları davam edir. Bu, 2020-ci ildəki dövlət çevrilişi cəhdinin təkrarı olacaq. Belə cəhdlər oktyabrın 27-də gözlənilir”, - deyə Gürcüstan parlamentinin sədri bildirib.

Xəbər lenti

Çox oxunanlar