Xəzər Xəbər

ABŞ-nin Ukraynaya hərbi yardım üçün 800 milyon dollar ayıracağı təsdiqlənib

Dünya | 13:00 • 23 Oktyabr 2024
ABŞ-nin Ukraynaya hərbi yardım üçün 800 milyon dollar ayıracağı təsdiqlənib

Birləşmiş Ştatlar Ukrayna Prezidenti Volodimir Zelenskinin Vaşinqtonun Kiyevə 800 milyon dollar həcmində hərbi yardım ayıracağı ilə bağlı dediklərini təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, “The New York Times” qəzeti bu barədə məsələnin həssaslığına görə adının açıqlanmasını istəməyən Pentaqon rəsmisinə istinadla məlumat yayıb.

Məlumata görə, həmin vəsait Ukraynada silah istehsalı üçün nəzərdə tutulub. ABŞ-nin siyasətinin dəyişməsi fonunda atılan bu addım Kiyevə “öz silahı və öz şərtləri ilə müharibə aparmaq” imkanı vermək məqsədi daşıyır.

Qəzet qeyd edir ki, Vaşinqtonun Ukraynaya yeni yardımı müttəfiqlərinin Rusiyanın dərinliklərinə uzaqmənzilli silahlarla zərbə endirməyə qoyduğu məhdudiyyətləri aradan qaldırmağa nail ola bilməyən Volodimir Zelenski üçün təsəllidir.

Xəbər lenti

Çox oxunanlar