Xəzər Xəbər

Ermənistan ordusunda böhran yaşanır

Dünya | 09:30 • 23 Oktyabr 2024
Ermənistan ordusunda böhran yaşanır

Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən hərbi qulluqçuların sayı günü-gündən artır.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Qeyd olunur ki, ötən həftə Ermənistan ordusunda 2 ölüm hadisəsi baş verib. Ekspertlər ölümləri Ermənistan ordusunda "dedovşina" (orduda daha uzun müddət xidmət keçənlərin sonradan hərbi xidmətə başlayan əsgərlər üzərində qeyri-qanuni hakimiyyəti) hallarının artması ilə əlaqələndirir.

"Rəsmi qurumlar məsuliyyəti öz üzərlərinə götürməsələr də, əldə etdiyimiz məlumata görə, daxili müzakirələrdə qeyd ediblər ki, orduda “qarışıqlıq” var", - nəşr bildirir.

Məqalədə vurğulanır ki, Ermənistan ordusunda ciddi zabit çatışmazlığı yaranıb. Rəsmi şəxslər vəziyyət dəyişməyəcəyi təqdirdə orduda ölüm hallarının daha da artacağını düşünür.

Qəzetin mənbələrinin məlumatına görə, Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın rəhbərliyi ilə hökumətdə müzakirələr aparılıb, Milli Müdafiə Komitəsinin sədr müavini Armen Xaçatryan qanuna dəyişikliklərin hazırlanması və istefada olan zabitlərin hərbi xidmət keçməsi üçün vəsait ayrılmasını təklif edib.

Xəbər lenti