Xəzər Xəbər

İtalyan mafiyasının “xaç atası” yaxalanıb

Dünya | 13:13
İtalyan mafiyasının “xaç atası” yaxalanıb

Kolumbiyada karabinyerin və Avropa polisinin birgə həya keçirdiyi əməliyyat nəticəsində italyan mafiyasının başçılarından biri, Hermes ləqəbli “xaç atası” Qustavo Nocella yaxalanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Kolumbiya polis idarəsinin direktoru Salamanka Ramires “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Biz Medelində dünyanın ən çox axtarılan narkotik tacirlərindən birini, Rinaldi-Formikola, Amato-Paqano və De Mikko klanları ilə Cənubi Amerika mafiyası arasında əsas əlaqələndirici olan italiyalı Qustavo Nocellanı tuta bildik”, - deyə o bildirib.

Salamanka Ramiresin sözlərinə görə, mafiya başçısını bilyard stolu “ələ verib”. Belə ki, Qustavo Nocella Kolumbiyadakı yerini daim dəyişir və mümkün qədər gizli qalmağa çalışırdı. O, həmişə yanında bilyard stolu gəzdirirdi ki, bu da axtarış zamanı hüquq-mühafizə orqanlarına ipucu verib.

Xəbər lenti

Çox oxunanlar