Xəzər Xəbər

Ukrayna və Yunanıstan təhlükəsizlik sahəsində əməkdaşlıq barədə saziş imzalayıb

Dünya | 17:33
Ukrayna və Yunanıstan təhlükəsizlik sahəsində əməkdaşlıq barədə saziş imzalayıb

Ukrayna Prezidenti Vladimir Zelenski və Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında təhlükəsizlik sahəsində əməkdaşlıq sazişi imzalanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti “X” platformasındakı paylaşımında bildirib.

“Rusiyanın tammiqyaslı işğala başlamasından bəri Yunanıstan Ukraynaya maddi-texniki yardım, eləcə də hərbi dəstək göstərib. Yunanıstan həmçinin pilotlarımız və texniklərimiz üçün F-16 təlimlərini sürətləndirmək məqsədilə əlavə resurs təminatı həyata keçirəcək”,- deyə Zelenski bildirib.

Xəbər lenti

Çox oxunanlar