Oktyabrın 17-də Böyük Britaniya Rusiyanın "kölgə donanması"na aid daha 18 neft tankerinə və 4 mayeləşdirilmiş təbii qaz tankerinə sanksiyalar tətbiq edib.
Xezerxeber.az Britaniya Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, sanksiyaya məruz qalan ümumi neft tankerlərinin sayı 43-ə çatıb və bu tankerlər Böyük Britaniya limanlarına girişdən məhrum edilib.
Eləcə də dünya səviyyəli Britaniya dəniz xidmətlərindən yararlanmaq imkanlarını itirib. Qeyd olunub ki, bu tədbir Rusiyanın "kölgə donanması"na qarşı ən genişmiqyaslı sanksiya addımı hesab edilir.
Bundan əlavə, Rusiyanın “Rusgazdobycha JSC” qaz şirkəti də sanksiyaya məruz qalıb.