Ukrayna Ali Radası Volodimir Zelenskinin Qələbə planını yekdilliklə dəstəkləyib.
Xezerxeber.az-ın “UNIAN“a istinadən xəbərinə görə, bunu Ukrayna Ali Radası spikeri Ruslan Stefançuk bildirib.
O deyib ki, qərar prezident Volodimir Zelenski ilə iki saata yaxın davam edən müzakirələrin ardından qəbul edilib.
R.Stefançukun sözlərinə görə, sənəddə bir sıra məxfi məqamlar mövcuddur.