Xəzər Xəbər

Danimarka Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasına qoşulub

Dünya | 15:20
Danimarka Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyasına qoşulub

Danimarkanın Milli Polis Departamentinin əməkdaşlarından ibarət qrup Ermənistan-Azərbaycan sərhədində Avropa İttifaqının Monitorinq Missiyasına qoşulub.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Avropa İttifaqının Ermənistandakı Monitorinq Missiyası məlumat yayıb.

Bildirilib ki, Avropa İttifaqının Ermənistandakı Missiyasının tərkibində fəaliyyət göstərəcək qrup sərhədboyu ərazidə patrul fəaliyyətinə cəlb olunub.

Qeyd edilib ki, qrupun tərkibindəkilərdən üçü polis əməkdaşı, digərləri isə mülki şəxslərdir.

Xəbər lenti

Çox oxunanlar