Ermənistanın müdafiə naziri Suren Papikyanla Fransanın səfiri Olivye Dekottini arasında iki ölkənin müdafiə sahəsində əməkdaşlığı müzakirə olunub.
Xezerxeber.az-ın xəbərinə görə, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tərəflər Ermənistan ordusunda islahatlar, həmçinin Fransanın iştirakı ilə bu sahədə həyata keçirilən proqramlar ətrafında fikir mübadiləsi aparıblar.