İsrailin Beyruta hücumunda ölən iranlı general Abbas Nilforuşanın cəsədi dağıntılar altından tapılıb.
Xezerxeber.az İran KİV-nə istinadən xəbər verir ki, bu barədə İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr Bölməsi açıqlamasında bildirib.
Qeyd edək ki, İsrailin Beyruta endirdiyi hava hücumunda ölən general Abbas Nilforuşan SEPAH-ın Livandakı müşaviri idi.
Məlumata görə, sentyabrın 27-də “Hizbullah” lideri Həsən Nəsrullahla birgə öldürülən general Abbas Nilforuşanın cəsədi axtarış qrupları tərəfindən tapılıb.
Nilforuşanın cənazəsinin İrana təhvil vaxtı və dəfn mərasimi ilə bağlı təfərrüatlar daha sonra açıqlanacaq.