Çeçenistanın paytaxtı Qroznı şəhərində yanacaqdoldurma stansiyasında partlayış baş verib, nətisədə 4 nəfər ölüb.
Xezerxeber.az Rusiya mediasına istinadən xəbər verir ki, qaz sisterninin partlaması nəticəsində ölənlərdən ikisi uşaqdır (5 və 6 yaşında).
Ölənlərin şəxsiyyəti hələlik məlum deyil. Onların hamısının bir ailənin üzvü olub-olmadıqları da bilinmir.
Hadisə barədə hələlik rəsmi məlumat açıqlanmayıb.