Xəzər Xəbər

Hindistanda toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollar qazandıracaq

Dünya | 16:02 • 12 Oktyabr 2024
Hindistanda toy mövsümü ölkə iqtisadiyyatına 70 milyard dollar qazandıracaq

Hindistanda toy mövsümü başlayır. Ölkənin Ticarət Konfederasiyasının proqnozlarına görə, bu, ölkə iqtisadiyyatına 70 milyard dollardan çox gəlir gətirəcək.

Xezerxeber.az xəbər verir ki, Hindistanda toy mərasimi hər hansı bayram və ya yubileydən daha vacib sayılır və onun büdcəsi istənilən sosial təbəqə üçün böyük olur.

Toy mövsümü adətən məhsul yığımından sonra başlayır və dekabrın ortasınadək, daha sonra isə yanvarın ortalarından mart ayınadək davam edir. Həmin dövrdə əksər rayonlarda istilər zəifləyir ki, bu da açıq havada kütləvi şənliklər keçirmək üçün əlverişlidir.

Bu il ölkədə ötən mövsümə nisbətən 1,3 milyon çox - 4,8 milyon toy olacaq. Hindistanda toy günü adətən astroloqla məsləhətdən sonra təyin edilir.

Varlı hindlilərin toyu orta hesabla 30 milyon rupiyə (360 min dollar) başa gəlir. Ən sadə tədbirə isə təxminən 100 min dollar xərclənir.

Xəbər lenti