Ukrayna hakimiyyəti ilk dəfə olaraq münaqişənin həlli üçün Rusiyanın xeyrinə ərazi güzəştləri ssenarisini müzakirə etməyə başlayıb.
Xezerxeber.az xəbər verir ki, “Der Spiegel” jurnalı bu barədə yüksəkvəzifəli ukraynalı məmura istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, ABŞ-da prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, amerikalılar tədricən Kiyevə yardımdan yayınacaqlar. O, həmçinin Ukrayna Silahlı Qüvvələrində əhvali-ruhiyyənin aşağı düşdüyünü, cəmiyyətdə isə parçalanmanın müşahidə edildiyini və insanların artıq döyüşmək istəmədiyini bildirib.
Nəşrin həmsöhbəti indiki vəziyyətdə güzəştə getmədən müharibəyə son qoymağın mümkün olmadığını qeyd edib. Onun sözlərinə görə, sülh müqaviləsi Rusiya üçün faydalı olmalıdır.