Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Artak Davtyan Baş Prokurorluğa çağırılıb.
Xezerxeber.az Ermənistan mediasına istinadən xəbər verir ki, sabiq Baş Qərargah rəisi qanunsuz əmlakla bağlı oktyabrın 18-də Baş Prokurorluqda olmalıdır.
Qeyd edək ki, Davtyan iki dəfə - 2018-2020-ci illərdə, eləcə də 2021-2022-ci illərdə Baş Qərargah rəisi vəzifəsində çalışıb. O, həmçinin keçmiş müdafiə naziri David Tonoyan və başqaları ilə birlikdə silah-sursat tədarükü zamanı sui-istifadə halları ilə bağlı ittiham olunur.