Xəzər Xəbər

Donald Tramp seçicilər arasında dəstəyinə görə Kamala Harrisi iki faiz üstələyir

Dünya | 13:12 • 11 Oktyabr 2024
Donald Tramp seçicilər arasında dəstəyinə görə Kamala Harrisi iki faiz üstələyir

ABŞ-də prezident postuna Respublikaçılar partiyasından namizəd Donald Tramp seçicilər arasında dəstəyinə görə Demokratlar partiyasından olan əsas rəqibi vitse-prezident Kamala Harrisi iki faiz üstələyir.

Xezerxeber.az xəbər verir ki, bunu “Rasmussen Reports” tədqiqat mərkəzinin keçirdiyi ictimai rəy sorğusunun nəticələri sübut edir.

Sorğu iştirakçılarının 48 faizi noyabrda keçiriləcək prezident seçkilərində Donald Trampı, 46 faizi isə Kamala Harrisi dəstəkləməyə hazır olduqlarını deyib. Respondentlərin 3 faizi isə onların heç birini dəstəkləmədiyini və başqa namizəd olarsa, ona səs verəcəklərini bildirib.

“Rasmussen Reports” mərkəzinin əvvəlki sorğusu zamanı Donald Trampa dəstək 49 faiz, Kamala Harrisə dəstək isə 47 faiz olub.

Qeyd edək ki, ABŞ-də prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə Respublikaçılar partiyasını ölkənin sabiq prezidenti Donald Tramp, Demokratlar partiyasını isə hazırkı vitse-prezident Kamala Harris təmsil edəcək.

Xəbər lenti