Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni dəstəkləyib. Avropa Parlamentinin 495 üzvü qətnamənin lehinə, 73-ü əleyhinə səs verib, 86-sı bitərəf qalıb.
Xezerxeber.az xəbər verir ki, qətnaməyə əsasən, Avropa Parlamenti Gürcüstanda demokratiyanın azalmasından dərin təəssüf hissi keçirir və Avropa İttifaqını Bidzina İvanişviliyə və Gürcüstanda demokratiyaya xələl gətirən bütün şəxslərə qarşı şəxsi sanksiyalar tətbiq etməyə çağırır.
Qətnamənin mətnində Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilinin azadlığa buraxılması və viza rejiminin liberallaşdırılması məsələsindən də bəhs edilir. Avropa Parlamenti, həmçinin Gürcüstan hökumətini Rusiyaya qarşı sanksiyalar tətbiq etməyə çağırır.