Xəzər Xəbər

Ağdamda yol qəzası baş verib

Dünya | 17:35
Ağdamda yol qəzası baş verib

Ağdamda yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az xəbər verir ki, hadisə rayonun Üçoğlan kəndi ərazisində qeydə alınıb.

"Mercedes" və "VAZ" markalı minik avtomobillərinin toqquşması nəticəsində bir nəfər xəsarət alıb. Maşında sıxılıb qalan yaralı, 1995-ci il təvəllüdlü Baxşəliyev Bəxtiyar Yadigar oğlu FHN-in xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra onun səhhətinin ağır olması səbəbindən dərhal Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yola salınıb.

Faktla bağlı Ağdam rayon polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti

Çox oxunanlar