Xəzər Xəbər

Slovakiyanın baş nazirinə qarşı sui-qəsd terror aktı hesab edilməyib

Dünya | 17:04 • 9 Oktyabr 2024
Slovakiyanın baş nazirinə qarşı sui-qəsd terror aktı hesab edilməyib

Slovakiya Ali Məhkəməsi Baş nazir Robert Fitsoya qarşı sui-qəsdi terror aktı hesab etməyib.

Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, Ali Məhkəmə işə yenidən baxdıqdan sonra prokurorluğun sui-qəsdə yanlış təsnifat verdiyi qənaətinə gəlib.

Robert Fitsoya atəş açan və istintaq təcridxanasında saxlanılan 71 yaşlı təqaüdçü, yazıçı Yuray Sintula hazırda məhkəmənin hökmünü gözləyir.

Xatırladaq ki, bu il mayın 15-də Slovakiyanın qərbindəki Handlova şəhərində Robert Fitsoya sui-qəsd olub. İnsident nəticəsində yaralanan və bir neçə əməliyyat keçirən Baş nazir yalnız iyul ayında vəzifəsinin icrasına başlaya bilib.

Xəbər lenti

Çox oxunanlar