Xəzər Xəbər

Tramp Ukraynaya 300 milyard dollara yaxın vəsaitin ayrılmasını tənqid edib

Dünya | 09:00 • 8 Oktyabr 2024
Tramp Ukraynaya 300 milyard dollara yaxın vəsaitin ayrılmasını tənqid edib

ABŞ-da Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp Ukraynaya təxminən 300 milyard dollar yardım ayrılmasını tənqid edərək, ABŞ-da qasırğa qurbanlarının fövqəladə ehtiyacları üçün cəmi 750 dollar aldığını qeyd edib.

Xezerxeber.az xəbər verir ki, Tramp məsələ ilə bağlı “Fox News”a müsahibəsində danışıb.

“Biz Ukraynaya təxminən 300 milyard dollar sərmayə qoymuşuq. Lakin onlar (Bayden administrasiyası) insanlara indiyə qədər yaşadığımız ən pis qasırğa ilə əlaqədar təcili ehtiyaclar üçün 750 dollar təklif edir. Şimali Karolinada kömək edəcək adam yoxdur. Dəhşətli vəziyyətdir. Bütün günü orada idim və ağır yaralananlardan başqa çox az adam gördüm. Bir nəfər heç bir şeyi qalmadığı üçün daşın üstündə oturmuşdu”, - deyə Tramp hökumətin addımlarını tnəqid edib.

Xəbər lenti

Çox oxunanlar