Qırğızıstanın İqtisadiyyat Nazirliyi siqaretlərin idxalına, tranzitinə və təkrar ixracına altı ay qadağa qoyulmasını təklif edib.
Xezerxeber.az xəbər verir ki, məhdudiyyətlər Avrasiya İqtisadi İttifaqına üzv olmayan bütün ölkələrə şamil ediləcək.
Qanun layihəsində 2023-cü ildə Qırğızıstanda satılan qeyri-qanuni siqaretlərin payının 17,7 faiz təşkil etdiyi bildirilir.
“Vətəndaşların sağlamlığını saxta siqaretlərin istehlakından qorumaq məqsədilə altı ay müddətinə bu məhsulların idxalına qadağa qoyulması qərara alınıb”, - deyə İqtisadiyyat Nazirliyindən bildirilib.