“Emirates” aviaşirkəti bütün reyslərində peycer, ratsiya və analoji avadanlığın daşınmasının qadağan edilməsi barədə elan verib.
Xezerxeber.az xarici mediaya istinadla xəbər verir ki, aviadaşıyıcının bildirdiyinə görə, Dubay polisi sərnişinlərin əl yükündə və ya baqajında aşkar edilmiş cihazları müsadirə edəcək.
Məlum olduğu kimi, hələ sentyabrın 19-da Rafik Hariri adına Livan Beynəlxalq hava limanına və əks istiqamətə uçan sərnişinlərə “Hizbullah”ın rabitə obyektlərinə kütləvi hücumdan sonra bütün reyslərdə peycer və ratsiyaların daşınması qadağan edilmişdi.
Regional münaqişənin eskalasiyası səbəbindən aviadaşıyıcı ən azı 2024-cü il oktyabrın 8-dək Dubaydan Livana reysləri ləğv edib.