Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun oğlu Adam Kadırov Rusiya Federasiyasının subyekti rəhbərinin təhlükəsizlik xidmətinin ən gənc rəhbəri kimi "Rusiyanın rekordlar kitabı"na daxil edilib.
Xezerxeber.az bu barədə TASS agentliyinə istinadən xəbər verir.
Təqdimat Çeçenistanın paytaxtı Qroznıda baş butan MMA (Qarışıq döyüş növləri) turniri zamanı baş tutub.
Həmçinin Çeçenistan rəhbərinin oğluna "Rusiya rekordları kitabı"nın populyarlaşmasına görə də medal təqdim olunub. Tədbirdə Çeçenistanın başçısı Ramzan Kadırov da iştirak edib.