Xəzər Xəbər

İranın xarici işlər naziri Abbas Əraqçi Suriyaya səfər edib

Dünya | 10:52 • 5 Oktyabr 2024
İranın xarici işlər naziri Abbas Əraqçi Suriyaya səfər edib

İranın xarici işlər naziri Abbas Əraqçi və onu müşayiət edən nümayəndə heyəti Dəməşqə rəsmi səfər edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Baqai "X" platformasında bildirib.

Məlumatda bildirilib ki, o, yüksək səviyyəli rəsmilərlə görüşəcək, ikitərəfli əlaqələr və regional inkişafla bağlı məsləhətləşmələr aparacaq.

Xəbər lenti

Çox oxunanlar