Avropa İttifaqının (Aİ) bütün institutları Gürcüstanın yüksəl vəzifəli şəxsləri ilə görüşləri dayandırıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının Tbilisidəki səfiri Pavel Herçinski bəyan edib.
O deyib ki, Aİ Gürcüstan hökumətinin Avropaya qarşı ritorikasına görə bu ölkəyə yüksək səviyyəli səfərlər etməmək və Gürcüstan hökumətinin nümayəndələri ilə Brüsseldə yüksək səviyyəli görüşlər keçirməmək barədə qərar qəbul edib.
“Bu ilin iyun ayında biz üzv dövlətlərlə Avropa İttifaqına qarşı qeyri-dost hesab etdiyimiz Gürcüstan hakimiyyətinin münasibətinə necə yanaşmaq, həmçinin biz anti-Qərb və anti-Avropa povestinə, təbliğatına və konspirasiya nəzəriyyəsinə necə yanaşmalı olduğumuzu müzakirə etdik. Avropa İttifaqı olaraq Gürcüstanın hazırkı hökuməti ilə yüksək səviyyəli əlaqə saxlamamağa qərar verdik və buna görə son aylarda Gürcüstana yüksək səviyyəli səfərlər olmayıb. Brüsseldə də Gürcüstan hökumətinin nümayəndələri ilə yüksək səviyyəli görüşlər olmayıb”, - deyə Pavel Herçinski vurğulayıb.