Xəzər Xəbər

Avropa İttifaqı Livandan kütləvi qaçqın axını ola biləcəyindən narahatdır

Dünya | 16:00 • 3 Oktyabr 2024
Avropa İttifaqı Livandan kütləvi qaçqın axını ola biləcəyindən narahatdır

Avropa İttifaqına üzv ölkələrin xarici işlər nazirləri İsrailin Livandakı əməliyyatı fonunda kütləvi qaçqın axını təhlükəsi ilə bağlı mümkün fəaliyyət variantlarını müzakirə ediblər.

Xezerxeber.az xəbər verir ki, “Euractiv” portalı bu barədə Avropa Komissiyasının nümayəndələrinə istinadla məlumat yayıb.

“Brüssel Livanda humanitar böhranı və miqrasiya yollarında vəziyyəti diqqətlə izləyir. Avropa İttifaqının xarici işlər nazirləri İsrailin Livana hücumu ilə bağlı narahatlıqlar fonunda blok ölkələrinə miqrant axınının mümkünlüyünü müzakirə ediblər”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, Livanın Baş naziri Nəcib Mikati İsrail ordusunun ölkənin cənub bölgələrini bombalaması səbəbindən 1 milyona yaxın insanın didərgin düşdüyünü bildirib. Onun sözlərinə görə, respublika hökuməti köçkünlərin əsas ehtiyaclarını vaxtında təmin etmək üçün beynəlxalq təşkilatlarla çalışır.

Xəbər lenti

Çox oxunanlar