İsrail ordusu Livanın cənubundakı əməliyyatların gedişində verdiyi ilk itkiləri açıqlayıb.
“Times of Israel” yazır ki, “Hizbullah”la döyüşlərdə səkkiz israilli hərbçi həlak olub.
Ölənlər arasında üç kapitan, iki baş çavuş da var.
Qeyd edək ki, oktyabrın 1-dən İsrail Livanın cənubunda “Hizbullah” qüvvələrinə qarşı yerüstü əməliyyat keçirir və Beyruta havadan zərbələr endirməkdə davam edir. Bu hücumlar nəticəsində mindən çox insan həyatını itirib, 90 min nəfər qaçqın vəziyyətinə düşüb. İtkilərə baxmayaraq, qarşı tərəf İsrail ərazisinə raket hücumlarını dayandırmır.
İsrail mediasının yazdığına görə, əməliyyatların məqsədi “Hizbullah”ın hava hücumları səbəbindən bir il əvvəl ölkənin şimal ərazilərindən təxliyə olunmuş 60 min israillinin geri qayıtmasını təmin etməkdir.