Xəzər Xəbər

İsraildə törədilən terror aktına görə məsuliyyəti HƏMAS üzərinə götürüb

Dünya | 09:55 • 3 Oktyabr 2024
İsraildə törədilən terror aktına görə məsuliyyəti HƏMAS üzərinə götürüb

Təl-Əvivdə yeddi nəfərin ölümü ilə nəticələnən terror hücumuna görə məsuliyyəti HƏMAS hərəkatının hərbi qanadı olan Əl-Qəssam briqadası üzərinə götürüb.

Xezerxeber.az xəbər verir ki, hərəkatın hərbi qanadının məlumatına görə, hücum nəticəsində 7 nəfər həlak olub, 16 nəfər yaralanıb.

Avtomatla silahlanmış iki nəfər oktyabrın 1-də Təl-Əvivin cənubunda tramvaya girərək sərnişinlərə atəş açıb. Daha sonra onlar küçədəki insanları atəşə tutublar.

İstintaq zamanı məlum olub ki, hücumu həyata keçirən hər iki şəxs İordan çayının qərb sahilindəki Xevron şəhərinin sakinləridir. Onlardan biri hadisə yerində zərərsizləşdirilib, digəri ağır yaralanıb.

Xəbər lenti

Çox oxunanlar