İranın İsrailə qarşı kütləvi raket hücumu artıq başa çatıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat katibi, kontr-admiral Daniel Haqari müraciətində bildirib.
Məlumata görə, İsrail hərbçiləri ölkə əhalisinə sığınacaqları tərk etməyə icazə verib.
"İndiki mərhələdə İrandan əlavə təhlükələr müşahidə etmirik. Mühafizə olunan əraziləri tərk etmək mümkündür", - o deyib.
Onun sözlərinə görə, İranın kütləvi raket hücumunun fəsadları olacaq: “Biz müdafiə və hücumda yüksək hazırlıq vəziyyətindəyik və İsrail vətəndaşlarını qoruyacağıq. Bu hücumun nəticələri olacaq. Planlarımız var. Lazım olan vaxt və lazım olan yerdə hərəkətə keçəcəyik".